Özünə güvənirsən? Könüllü təcrübə proqramına SƏN də qatıl!
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onlara yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkərə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30.12.2019-cu il tarixli, 1748 nömrəli Sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilmişdir.
Qeyd edilən vəzifələrin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzində gənclərin könüllü təcrübə keçməsi təşkil olunur.
Mərkəzdə könüllülük fəaliyyəti gündəlik olaraq 2 növbədə təşkil olunur.
Növbələrin bölgüsü aşağıdakı kimidir:
- 10:00-13:00 – birinci növbə
- 14:00-17:00 – ikinci növbə
Müraciət üçün tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsinin surəti
- Ali təhsil haqqında diplomun sürəti
- Müraciət forması
- Anket
- 3/4 ölçüdə 2 ədəd şəkil
- Müqavilə
Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətində qoşulur və öhdəliklərini uğurla başa vuran gənclərə Mərkəz tərəfindən xüsusi sertifikatlar və müsbət xasiyyətnamə veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. Təşkil olunan könüllülük fəaliyyətinə ali təhsilli, 20-28 yaş arası gənclər müraciət edə bilər.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
- İntizamlılıq;
- Ünsiyyətcillik;
- Operativlik;
- Kollektivdə işləmək bacarığı;
- Təşkilatçılıq;
- Təşəbbüskarlıq;
- Kompüterdə işləmək bacarığı;
Qeyd: “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.
Müraciət üçün: Ərazi Tikinti-Planlaşdırma Mərkəzi (012 492-31-89; 492-75-43 - daxili – 792, 800) merkez@arxkom.gov .az