Tez-tez verilən suallar
Sual 1 Sifarişçi tikintiyə icazə üçün hansı quruma müraciət etməlidir?
Cavab 1 Bakı şəhər inzibati ərazisində tikilməsi nəzərdə tutulan tikinti obyektləri ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər şəhər və rayonlarda tikilməsi nəzərdə tutulan tikinti obyektləri ilə bağı yerli icra orqanlarına müraciət olunmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.2-ci maddəsinə əsasən, Sifarişçi tikintiyə icazə üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə sorğu ilə tikintiyə icazə verən orqana müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir.
Sual 2 Tikintiyə icazə almaq üçün ərizəyə hansı sənədlər əlavə olunmalıdır?
Cavab 2 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinə istinad olaraq, sifarişçi tikintiyə icazə almaq üçün Bakı şəhər inzibati ərazisində olduqda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər şəhər və rayonlarda olduqda yerli icra orqanına müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
- Torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;
- Tikinti layihəsi;
- Sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti.
-Layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə.

Sual 3 Tikinti layihəsinin tərkibi hansı şəkildə təqdim edilir?
Cavab 3 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 83-cü maddəsinə istinad olaraq aşağıdakılar tikinti layihəsinə daxildir:
- mühəndis-axtarış işləri;
- tikinti ərazisinin baş planı;
- memarlıq-planlaşdırma və konstruksiya bölməsi;
- mühəndis-kommunikasiya təminatı bölməsi;
-texnologiya bölməsi (Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallarda);
- ekologiya bölməsi (Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edilən hallarda);
-tikinti işlərinin təşkili bölməsi;
-smeta bölməsi (tikintisi dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlər üçün).

Sual 4 Obyektin tikintisinə icazə almaq üçün tikinti layihəsinə dair sənədlər elektron sistemə hansı formatda təqdim olunmalıdır?
Cavab 4 Tikintiyə icazə almaq üçün tikinti layihəsinin bölmələrinin elektron sistemə .dwg, .pdf formatlarında yüklənməsi tövsiyə olunur.
Sual 5 Hansı tikinti layihələrinin Ekspertizadan keçirilməsi tələb olunmur?
Cavab 5 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 89.1 maddəsində qeyd olunduğu kimi, aşağıdakı tikinti layihələri ekspertizadan keçirilmir:
- insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr olan tikinti obyektlərinin layihələri;
- sanitar-mühafizə zonalarının ayrılmasını tələb etməyən və ya mövcud sanitar-mühafizə zonalarından istifadə olunması şərtilə tikilməsi nəzərdə tutulan istehsalat təyinatlı, sahəsi ən çoxu 1000 kvadratmetr, hündürlüyü və aşırımının uzunluğu ən çoxu 6 metr olan birmərtəbəli tikinti obyektlərinin layihələri;
- mövcud tikinti obyektlərinə və (və ya) onların hissələrinə həmin obyektlərin konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir etməyən və icazə verilmiş tikintinin parametrlərini keçməyən dəyişikliklərin edilməsi barədə tikinti layihələri;
- ekspertizadan keçirilmiş, təkrar istifadə olunan və ya birtipli layihələr əsasında həmin layihələrdə nəzərdə tutulmuş şəraitə (qrunt, iqlim şəraiti, seysmik rayonlaşdırma və digər) uyğun zonalarda inşa ediləcək tikinti obyektlərinin layihələrinin 0 (sıfır) səviyyəsindən yuxarı hissəsi, habelə tikinti obyektlərinə onların konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir göstərməyən dəyişikliklərin edilməsi barədə layihələr;
- Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Məcəlləsinin 79 və 80-ci maddələrinə əsasən, tikintisinə icazə tələb olunmalan tikinti obyektləri və məlumatlandırma icraatı qaydalarına əsasən tikilən fərdi yaşayış evləri;
- yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin tikinti layihələri;
- insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən, tikinti sahəsi 1000 kvadratmetrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələri.

Sual 6 Hansı tikinti layihələrin ekspertizadan keçirilməsi tələb olunur?
Cavab 6 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulmuş ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələri obyektlərin layihələri istisna olmaqla, aşağıdakı tikinti layihələrinin ekspertizadan keçirilməsi məcburidir:
- tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələri- həmin layihələrin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması baxımından;
-dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlərin tikinti layihələri və smetaları - bu Məcəllənin 88.1.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə, həm də həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi baxımından;
-Ekspertizadan keçirilmiş tikinti layihələrinə konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişikliklər edildikdə, həmin layihələr bu Məcəllənin 88.1.1 və 88.1.2-ci maddələrində nəzərdə tutulmuş mənada təkrar ekspertizadan keçirilir.

Sual 7 Hansı halda tikinti obyektinin tikintisinə icazə tələb olunmur?
Cavab 7 Şəhərsalma və tikinti məcəlləsinin 79.1-ci maddəsində göstərildiyi kimi mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur:
-hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;
-xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların;
-hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla);
-hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin;
- Şəhərsalma və tikinti məcəlləsinin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən (60 kvadratmetr) az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının;
-tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin;
-fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin;
- təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin;
-bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin;
-hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların.
Əlavə olaraq, Şəhərsalma və tikinti Məcəlləsinin 79.2.-ci maddəsində qeyd olunduğu kimi, hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin (79.1.1.), xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların (79.1.2) və hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların (79.1.9) ölçülərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur.

Sual 8 Məlumatlandırma icraatı keçirilərkən hansı sənədlər tələb olunur?
Cavab 8 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.3-cü maddəsinə əsaslanaraq, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəllənin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə yerli icra orqanına məlumat verir və bu Məcəllənin 80.1-ci, və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini təqdim edir.

Sual 9 Tikintilərin dövlət reyesti hansi orqan tərəfindən aparılır?
Cavab 9 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 104-cü maddəsində qeyd olunduğu kimi Tikintilərin Dövlət reyestri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılır. Tikintilərin Dövlət reyestrinin məlumatları ictimaiyyət üçün açıqdır və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəsmi internet səhifəsində dərc edilir. Reyestrin məlumatları informativ və statistik xarakter daşıyır.
Sual 10 Tikintiyə texniki nəzarət kim tərəfdən aparılır?
Cavab 10 Azərbaycan Respublikasının Şəhərsalma və tikinti məcəlləsinin 98-ci maddəsinə istinad olaraq, Tikintiyə texniki nəzarət sifarişçi tərəfindən təmin edilir və müvafiq peşə sertifikatına malik şəxslər tərəfindən həyata keçirilir. Tikintiyə texniki nəzarətin həyata keçirilməsi qaydaları şəhərsalma və tikintiyə dair normativ sənədlərlə tənzimlənir.
Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

Sual 11 Texniki şərtlər nədən ibarətdir?
Cavab 11 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 84-cü maddəsinə əsasən tikintiyə icazə verən orqan tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq tikinti obyekti üçün mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin müvafiq icra hakimiyyəti orqanı vasitəsilə verilməsini təmin edir.
Tikinti obyektinin mühəndis-kommunikasiya təminatına dair tələblərin məcmusu kimi texniki şərtlərdə aşağıdakılar nəzərdə tutulur:
- tikinti obyektinin mühəndis-kommunikasiya təminatına dair tələblər;
- tikinti obyektinin mühəndis-kommunikasiya təminatı mənbələri;
- müvafiq mühəndis-kommunikasiya təminatı sisteminə qoşulma nöqtələrinə dair tələblər;
-mövcud mühəndis-kommunikasiya təminatı sisteminin genişləndirilməsinin əsaslandırılması.
- Tikintiyə icazə verən orqan və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum texniki şərtlərin alınması üçün təchizat müəssisələrinə sorğu göndərir. Sorğuya tikinti ərazisinin vəziyyət planı, obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədlər əlavə edilir.
- Təchizat müəssisələri 10 gün ərzində texniki şərtlərlə bağlı sorğuya cavab verməlidirlər. Texniki şərtlərin verilməsi zamanı sifarişçinin üzərinə mühəndis-kommunikasiya təminatına dair sorğuda nəzərdə tutulmamış əlavə öhdəliklər qoyula bilməz.

Sual 12 Torpağın ayrılması barədə rəy üçün kimə müraciət olunmalıdır?
Cavab 12 Azərbaycan Respublikası Prezidentinin 17.09.2018-ci il tarixli 274 nömrəli Fərmanında Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında məlumat göstərilmişdir. Fərmanın 1.2-ci bəndinə əsasən, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir.
Sual 13 Tikintiyə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün hansı sənədlər tələb olunur?
Cavab 13 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarına istinad olaraq, Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir:
- tikintiyə icazə;
- xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar;
- tikinti obyektinin ünvanı haqqında arayış;
- liftlərin istismara qəbulu aktı;
- kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin arayışı; - tikinti obyektinin sanitar-gigiyena və sanitar-epidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı;
- obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayış;
- obyektə çəkilmiş maliyyə xərcləri (o cümlədən, tikinti-quraşdırma işlərinin dəyəri, avadanlıq, mebel və inventarın dəyəri, sair xərclər) haqqında arayış (obyekt dövlət vəsaiti hesabına tikildikdə);
- obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt;
- sənaye və istehsal obyektlərinin ekoloji təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arayışı;
- tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı);
- sifarişçi tərəfindən hissələrlə (tikinti növbələri kimi) istismarına icazə alınmış obyektlərin bütövlüklə qəbula qədər istismara verilmiş hissələrinin icazə sənədləri.

Sual 14 Şəhərsalma əsaslandırılmasının razılaşdırılması ilə əlaqədar hansı sənədlər təqdim edilməlidir?
Cavab 14 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarına əsasən şəhərsalma əsaslandırılmasının razılaşdırılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
- torpaq sahəsi üzərində mülkiyyət;
- icarə və ya istifadə hüququ təsdiq edən sənədin surəti;
- tikinti layihəsi, sifarişçi hüquqi şəxs olduqda;
- hüquqi şəxslərin dövlət reystrindən çıxarış;
- müraciət ərizəsi.