2019-2021-ci illər üçün strateji inkişaf planı
Strateji inkişafın əsas prinsipləri
- Qanunçuluq;
- Müstəqillik;
- Şəffaflıq;
- Obyektivlik;
- Peşəkarlıq;
- İctimai etimad.
Strateji inkişaf planının mərhələləri
- Fəaliyyətin planlaşdırılması;
- Planlaşdırılmış fəaliyyətin tətbiqi;
- Nəticə və inkişafın davamlılığını təmin etmək.
Fəaliyyətin planlaşdırılması mərhələsi
- Cari vəziyyətin təhlili;
- Zəif və güclü tərəflərin araşdırılması.
Planlaşdırılmış fəaliyyətin tətbiqi mərhələsi
- Məqsəd və alt məqsədlərin müəyyən edilməsi;
- Müəyyən edilmiş məqsəd və alt məqsədlərin reallaşdırılması.
Nəticə və inkişafın davamlılığı mərhələsi
- Əsas göstəricilərin və hədəflərin izlənməsi;
- Keyfiyyətə nəzarət;
- Əldə edilmiş nəticələr əsasında növbəti strateji inkişaf planının hazırlanması.
Strateji hədəflər
- Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətini və dövlətin səlahiyyətlərini həyata keçirərkən şəhərsalma və tikinti fəaliyyəti sahəsində səmərəliyi artırmaq və məmur vətəndaş ünsiyyətinin informasiya-kommunikasiya texnologiyalarından daha geniş istifadə edilməklə minimuma endirilməsi;
- Qloballaşma dövründə şəhərsalma və tikinti fəaliyyəti sahəsində Azərbaycan memarlıq məktəbinin çoxəsrlik memarlıq ənənələrinin qorunub saxlanılması;
- Peşəkar kadr potensialının formalaşdırılması və digər cari fəaliyyətin tənzimlənməsi;
- Korporativ idarəetmənin tətbiqinin genişləndirlməsi.
Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətini və dövlətin səlahiyyətlərini həyata keçirərkən şəhərsalma və tikinti fəaliyyəti sahəsində səmərəliyi artırmaq və məmur vətəndaş ünsiyyətinin informasiya-kommunikasiya texnologiyalarından daha geniş istifadə edilməklə minimuma endirilməsi hədəfinin istiqamətləri
Göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə fəaliyyətə dair sənədlərin, o cümlədən normativ-hüquqi sənədlərin elektron informasiya bazasının yaradılması və müxtəlif dillərdə internet resurslarda yerləşdirilməsi.
- Şəhərsalma və tikinti fəaliyyəti sahəsində xidmətlərin vahid mərkəzdən idarə edilməklə əlavə xərclərinin və vaxt itkisinin azalması;
- Tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi üzrə icraat çərçivəsində «Bir Pəncərə» sisteminin fəaliyyətinin təkmilləşdirilməsi nəticəsində dövlət strukturlarına etimadın daha da gücləndirilməsi;
- Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yenidən qurulması, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi;
- Bakı şəhərində və regionlarda ixtisaslaşma, sosial-demoqrafik və digər xüsusiyyətlər nəzərə alınmaqla maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;
Qloballaşma dövründə şəhərsalma və tikinti fəaliyyəti sahəsində Azərbaycan memarlıq məktəbinin çoxəsrlik memarlıq ənənələrinin qorunub saxlanması hədəfinin istiqamətləri
- Şəhərsalma fəaliyyətinə qloballaşmanın təsirinin minimuma endirilməsi, məskunlaşma sisteminin qlobal tələblər çərçivəsində formalaşdırılması, tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması;
- Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması zamanı ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi.
Peşəkar kadr potensialının formalaşdırılması və digər cari fəaliyyətin tənzimlənməsi hədəfinin istiqamətləri
- Lazımi bilik və bacarığı olan kadrların fəaliyyətə cəlb edilməsi nəticəsində şəxslərə münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması;
- Məvacib siyasətinin, müavinət strukturunun və mükafatlar proqramlarının hazırlaması;
- Tələbatın müəyyən edilməklə satınalma prosedurlarına ciddi riayət edilməsinə nəzarət olunması və nəticədə xərclərə qənaət edilməklə büdcə ödənişlərinin artırılması.
Korporativ idarəetmənin tətbiqinin genişləndirilməsi hədəfinin istiqamətləri
- Korporativ idarəetmənin şəffaf şəkildə həyata keçirilməsi;
- Təşkilati strukturun müəyyənləşdirilməsi, struktur daxilində səlahiyyətlərin bölüşdürülməsi və məsuliyyət həddinin dəqiq müəyyən edilməsi;
- İdarəetmə və nəzarət funksiyalarınin ayrılması ;
- Vəzifə məsuliyyətlərinin müəyyən edilməsi və bütün səviyyələrdə hesabatlığın tətbiqi.