Tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması:

 

Mərkəz tərəfindən, tikinti layihələrinin (məlumatlandırma icraatının şamil edildiyi tikinti layihələri istisna olmaqla), o cümlədən Bakı şəhərinin inzibati ərazisində tikintisi, quraşdırılması planlaşdırılan (tikintisinə icazə tələb olunan) reklam qurğularının şəhərsalmaya dair normativ sənədlərin tələblərinə uyğunluğuna dair rəy təqdim edilir

1. məlumatlandırma icraatının şamil edilmədiyi fərdi yaşayış evləri layihələrinin

2. çoxmənzilli yaşayış binaları layihələrinin

3. qeyri-yaşayış binaları layihələrinin

4. infrastruktur (yol tikintisi) layihələrinin

5. texniki və mühəndis qurğuları layihələrinin

6. mühəndis-kommunikasiya xətləri layihələrinin

7. digər obyektlərin layihələrinin

 

Tikinti layihəsinin təsdiqlənmiş şəhərsalma əsaslandırılmasına və ya müfəssəl planın tələblərinə uyğun hazırlanması yoxlanılır.  

 

“Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri”nin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI