Sifarişçinin sorğusu ilə Bakı şəhərinin ərazisində (təqdim edilmiş hüquqmüəyyənedici sənədlərin surətləri əsasında) aparılacaq tikintinin icazə verilən parametrləri (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğun) barədə məlumatların verilməsi
Sifarişçinin tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin təyinatı göstərilməklə müraciət etdikdə Mərkəz tərəfindən tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) əks etdirən yazılı məlumat hazırlayaraq təqdim edilir
Ərazi zonalarında yolverilən tikinti və tikinti sıxlığı əmsallarına uyğun bina və qurğuların tikinti sahəsi və bütün yerüstü mərtəbələrinin sahələrinin cəmi göstərilir, hündürlük, ara məsafələri və sair normativlər müvafiq qanunvericiliyə əsasən müəyyən edilir.
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI